Ruslar Pokrovskda sıxışdırılır | VİDEO

   Ruslar Pokrovskda sıxışdırılır    | VİDEO
  04 Noyabr 2025    Oxunub:543
Rusiyanın hərbi logistikasına qarşı atəş gücünü genişləndirmək üçün Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) döyüş bölmələri Donetsk vilayətinin Pokrovsk şəhərində bir sıra uğurlu əməliyyatlar həyata keçirir.
AzVision.az xəbər verir ki, Ukrayna Müdafiə nazirliyi BKİ-nin Telegram-kanalı belə məlumat yayıb.

- “Timur Xüsusi Təyinatlı bölməsi”nin qüvvələri cəbhənin maddi-texniki təminatı üçün əsas ərazi olan Pokrovskda əməliyyatlarını davam etdirir. Rusiya qoşunları ilə şiddətli döyüşlər davam edir. Uğurlu desant əməliyyatından sonra müəyyən mövqeləri tutan BKİ döyüşçülərinə əlavə qüvvələr qoşulub”, - xəbərdə deyilir.

Həmçinin, Rusiya ordusunun Ukraynanın təchizat xətlərində atəş gücünü gücləndirməsinin qarşısını almaq üçün səylər də davam edir. BKİ-nin digər xüsusi təyinatlı bölmələri də bu sektorda döyüş tapşırıqlarını yerinə yetirirlər.

- Heyətlərin təhlükəsizliyi üçün əməliyyatların təfərrüatları hazırda açıqlanmır. Ukrayna Təhlükəsizlik və Müdafiə qüvvələrinin bütün strukturları ilə koordinasiyalı iş davam etdirilir”, - BKİ dəqiqləşdirib.

Yeri gəlmişkən, Ukrayna prezidenti Volodimir Zelenski BKİ-nin Pokrovskda keçirdiyi əməliyyatların təfərrüatlarından hətta özünün də xəbərsiz olduğunu iddia edib. Onun sözlərinə görə, düşmənin diqqətinin azdırılması üçün belə əməliyyatların detallarının açıqlanmaması normal haldır.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pokrovsk   ruslar   əməliyyat  



Xəbər lenti